Menu
Sənin kartın

Armand Basi

Armand Basi

Armand Basi – 1948-ci ildə, Armand və Xose Basi qardaşları tərəfindən əsası qoyulmuşdur. Brendin əsası,  Barselonada trikotaj məmulatlarını istehsal edən ilk tikiş emalatxanasının açılışından başlayır. Qardaşlar ilk iş günündən etibarən, Şotlandiyadan gətirilən yüksək keyfiyyətli iplikdən istifadə edirdilər. Müştərilərə məsuliyyətli yanaşma və hörmət sayəsində Basi qardaşlarının kiçik mağazası ispan alıcılarının diqqətini çəkir. Alıcılar arasında popularlıq qazanması, markanın inkişafına təkan verir. Tezliklə, Armand pərəstiş etdiyi “Barsafootball Team” futbol komandası üçün forma hazırlayır. Daha sonra qardaşlar geniş alıcı kütləsi üçün nəzərdə tutulmuş, modelyerlərin kütləvi istehsala göndərdiyi “pret-a-porte” modellərin geyimlərinin istehsalında özlərini sınayırlar.

Yaradılmasından 15 il sonra Basi qardaşları öz ölkələrində Armand Basi brend geyimlərinin istehsalına və satılmasına rəsmi icazə alırlar. Armand və Xose brend modellərinin tikilişindən ilhamlanaraq öz istehsalını genişləndirirlər. 90-cı illərin əvvəllərində Armand Basi brendi bütün dünyada tanınmağa başlayır. Avropada, ABŞ-da və Asiyada brend mağazalar açılır, 1997-ci ildə isə Barselonanın ən nüfuzlu ticarət mərkəzində “ Passeig de Gracia” brend butikinin təntənəli açılışı baş tutur.  1999-cu ildə ilk Armand Basi parfüm kompozisiyası təqdim edilir.

Bu gün brend təkcə ətriyyat deyil, həm də qadınlar və kişilər üçün nəzərdə tutulan geyim istehsal edir. Şirkətin istehsal çeşidində müxtəlif aksessuarlar geniş şəkildə təqdim olunur, onların arasında günəşdən qoruyan eynəklər, zərgərlik məmulatları və hətta ev tekstili var. Armand Basi ətirləri ən həssas ətirlərdən sayılır.


Brend: Armand Basi
Armand Basi In Blue - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2005-ci ildə istehsal olunmuşdur. Ətir notları: Berqamot, Naringi, Qreypfrut, Keşniş yarpağı, Neroli, İstiot, Qarağat, Paçuli, Palıd mamırı, Odunsu notlar...
15,00AZN Vergiler Hariç:15,00AZN
Brend: Armand Basi
Armand Basi In Red - Qadınlar üçün nəzərdə tutulmuş, çiçəkli ətirlər qrupuna aid olan ətirdir. Ətir 2003-cü ildə istehsal edilmişdir. Parfümer: Alberto Morillas.Üst notlar: Zəncəfil, Naringi, Berqamot, Hil; Orta notlar: Qızılgül, Qarağat, Zanbaq ,Bənövşəyi yarpaqları, Jasmin, Pio..
15,00AZN Vergiler Hariç:15,00AZN
Gösterilen: 1 ile 2 arası, toplam: 2 (1 Sayfa)